MOBIS

Təkmilləşən texnologiya ilə hüdudları məcbur edən, müştərinin ehtiyaclarına və istəklərinə hər an cavab verə biləcək bir texnoloji infrastrukturaya malik olan MOBİS, korporativ və fərdi müştəri ehtiyaclarına xidmət göstərir və həllər hazırlayır.

 


MOBIS (Mobil İnformasiya Servisləri), AtaTexnologiya şirkətinin VAS sahəsində bir brendidir.

MOBIS, mesajlaşma xidmətləri (sms, profiile sms, interaktiv sms, mobil anket və s.) mövqe əsaslı xidmətlər və Mobil Marketinq sahəsində fəaliyyət göstərən bir texnologiya brendidir. 

MOBIS, müştərinin istəklərinə cavab verə biləcək və Mobil Marketinq sahəsində boyük layihələr həyata keçirdə biləcək və infrastrukturaya sahib bir agentlikdir.



 

“AtaTexnologiya” MMC 2004-cü ildə “AtaHolding” ASC tərəfindən təsis edilmişdir. İnformasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkət bu sahədə dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq etməklə Azərbaycan bazarında uğurla fəaliyyət göstərir. Proqram təminatı sahəsində “Enterprise Resourse Planning” sistemlərin yaradılması ilə tanınan şirkət 2005-ci ildən Türkiyənin bu sahədə qabaqcıl şirkətlərindən biri olan “Netsis” A.Ş. ilə əməkdaşlıq etməkdədir. İri müəssisə və təşkilatların mühasibat, anbar, satış, loqistika, istehsal, insan resurlarının uçotu və.s işlərinin avtomatlaşdırılmasında böyük təcrübəyə malik olan şirkət bir çox uğurlu layihlər həyata keçirmişdir. Dünyanın aparıcı şirkətlərindən biri “Microsoft”-un Azərbaycandakı yerli partnyorlarından olan “AtaTexnologiya” MMC proqram təminatı məhsullarının lisenziyalaşdırılması üzrə bir çox iri layihələri həyata keçirmişdir. “Oracle” şirkətinin “gold partner”-i kimi xüsusilə bank sektorunda yeni texnologiyalrın tətbiqi və inkişafı üzrə təcrübəyə malik olan şirkət hal-hazırda bir sıra iri layihələrin üzərində işləyir. İKT avadanlıqları sahəsində “HP” şirkətinin “Preffered Partner” kimi bir çox layihələrə imza atan şirkət bu gündə bu sahədə uğurla addımlayır. “Server”, kompyuter, şəbəkə və çap avadanlıqlarının satışı və onlara texniki xidmətin göstərilməsini həyata keçirir. “Cisco Systems” şirkətinin yerli partnyorlarından biri olan “AtaTexnologiya” MMC bu sahədə də bir çox iri layihələri həyata keçirmişdir Mobil bazarda korporativ müştərilərə “Mobis” (Mobil İnformasiya servisləri) brendi adı altında əlavə dəyər xidmətləri təklif edən şirkət bu sahədə qabaqcıl mobil texnologiyalardan istifadə etməklə yeni-yeni maraqlı layihələrlə çıxış edir.

 

Əlaqə

Ünvan: Süleyman Rüstəm küç., 9, 
Azərbaycan, Bakı, AZ 1010

Tel:  + 99412 441 62 57
Mob: +99455 525 84 03
Fax:  +99412 598 99 44
Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.